AzScienceCERT haqqında


AzScienceCERT - AMEA İnternet şəbəkəsində (AzScienceNet) informasiya təhlükəsizliyi insidentlərinə cavabvermə qrupudur. AzScienceCERT-in əsas məqsədi AzScienceNet-də informasiya təhlükəsizliyi risklərinin qəbul edilmiş səviyyədə idarə edilməsini təmin etməkdir. Bu məqsədlə AzScienceCERT informasiya təhlükəsizliyinin pozulmasına yönəlmiş hərəkətlərin aşkarlanmasında, qarşısının alınmasında və istifadəçilərin məlumatlandırılmasında AMEA təşkilatlarına və AzScienceNet-in fərdi istifadəçilərinə kömək edir.

AzScienceCERT AMEA İnternet şəbəkəsində ziyankar proqramların yayılması və şəbəkə hücumları ilə əlaqədar statistik verilənlərin toplanmasını, saxlanılmasını və analizini həyata keçirir.

Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün AzScienceCERT Azərbaycanda fəaliyyət göstərən digər belə qruplarla, Azərbaycan Respublikası dövlət hakimiyyəti orqanları ilə, informasiya təhlükəsizliyi insidentlərinin emalı ilə məşğul olan xarici ölkə qrupları ilə və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər təşkilatlarla qarşılıqlı əlaqə saxlayır.

Ayın kriptoloji məsələləri

Məqalələr

Son Təhlükəsizlik Xəbərləri

"Dark Web" haqqında
19 fevral 2018-ci il

"Dark Web" ümumdünya hörümçəyinin bir hissəsidir. "Darknet", "Deep Web" terminləri də işlədilir.
Daha ətraflı..Daha ətraflı...

"Citadel" botnetinin zərərsizləşdirilməsi
07 fevral 2018-ci il

2012-2013-cü illər ərzində bank hesablarından 500 milyon dollardan çox pul oğurlayan böyük botnet şəbəkəsi "Citadel" 2013-cü il iyunun əvvəlində Microsoft şirkəti ilə FTB (Federal Təhqiqat Bürosu) tərəfindən bloklanmışdı.
Daha ətraflı..Daha ətraflı...

Bədniyyətlilər hədiyyə kartlarından pul oğurlamaq üçün GiftGhostBot botnetindən istifadə edirlər
30 mart 2017-ci il

Hədiyyə kartları pərakəndə satıcılar üçün daha bir baş ağrısı yaradıb,
Daha ətraflı..Daha ətraflı...