Tədris fəaliyyəti

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində AzScienceCERT komandası üzvlərinin iştirakı ilə informasiya təhlükəsizliyi üzrə bir sıra xüsusi tədris layihələri həyata keçirilir.

Dövlət təşkilatları, banklar, biznes strukturları və ayrı-ayrı fərdlər, həm aşağıda göstərilən mövzular, həm də informasiya texnologiyaları sahəsinə aid digər mövzular üzrə xüsusi tədris üçün sifariş verə bilərlər:

  • Elektron imzanın tətbiqləri
  • Elektron imza infrastrukturunun qurulması
  • İnformasiya təhlükəsizliyinin əsasları
  • İnformasiyanın kriptoqrafik mühafizəsi

Xüsusi tədris layihələri sifarişçi ilə razılaşdırılmış vaxt və dildə (Azərbaycan və Rus) keçirilir. Belə kursların qiyməti razılaşma yolu ilə müəyyən edilir. Kurs 12 nəfərdən çox olmayan qrup üçün keçirilir.

Xüsusi sifarişlər əsasında kurslar üçün Tədris-İnnovasiya Mərkəzinə müraciət etmək tövsiyə olunur.

 Əlaqə:
 Telefon: (994 12) 5104253
 E-poçt: info at sciencecert dot az
2013 © AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytdakı məlumatlardan istifadə edərkən www.sciencecert.az saytına istinad zəruridir.