İnsidentlərin kateqoriyaları

AzScienceCERT informasiya təhlükəsizliyi insidentləri kimi aşağıdakı hadisələri nəzərdən keçirir:

− xidmətdən imtina

− icazəsiz giriş

− qanunsuz fəaliyyət

− informasiya toplanması

− ziyankar proqram təminatı

İnsidentlərin emalı

AzScienceCERT kompyuter insidentlәrini emal edәrkәn ilk növbәdә mәlumatın mәnbәyinә inam və etibar, göstərilәn faktın yoxlanmasını hәyata keçirmәk üçün texniki imkanların mövcudluğu diqqәtә alınır. AzScienceCERT istifadәçilәri hәyata keçirilәn hәrәkәtlәrin nәticәlәri və xarakteri barәdә istifadәçilәri xәbәrdar etmir.

AzScienceCERT resursların bağlanması, ünvanların süzülmәsi, bu vә ya digәr resursdan kontentin silinmәsi, bu vә ya digәr әmәldә iştirak edәn şәxslәrin axtarılması vә s. üzrә sәlahiyyәtlәrә malik deyil.

AzScienceCERT insidentlәrin emalı üzrә hәr hansı öhdәlik vә zәmanәt olmadan xidmәt göstәrir.

AzScienceCERT spam mәlumatlarının göndәrilmәsi faktlarını qeydiyyata almır vә onları araşdırmır.

AzScienceCERT alınmış bütün mәlumatın konfidensiallığına vә Azәrbaycan Respublikası qanunvericiliyindә nәzәrdә tutulmuş hallar istisna olmaqla müraciәt edәn tәrәfin razılığı olmadan yayılmamasına zәmanәt verir.

 Əlaqə:
 Telefon: (994 12) 5104253
 E-poçt: info at sciencecert dot az
2013 © AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytdakı məlumatlardan istifadə edərkən www.sciencecert.az saytına istinad zəruridir.